Azərbaycanlı alimlərin məqaləsi “SCOPUS” bazasında indeksləşən jurnalda dərc olunub 2016-03-02 10:52:13 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, böyük elmi işçi Məmməd Həşimov və AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Fəhrad Paşayevin “Bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması metodunun işlənilməsi” (Development of the method of dynamic distribution of users’ data in storage devices in cloud technology) adlı məqaləsi “SCOPUS” bazasında indeksləşən (H-İndeks-16) Koreyanın “Advances in Information Sciences and Service Sciences” (AISS) jurnalında dərc olunub.

 

Məqalədə verilənlərin emalı mərkəzlərində məlumatların yaddaş resurslarında dinamiki paylanması məsələsi nəzərdən keçirilib. İstifadəçilərin məlumatlarının istifadə intensivliyindən asılı olaraq müxtəlif xarakteristikalı yaddaş qurğuları arasında dinamiki paylanması metodu təklif olunur. Metod yaddaş resurslarından istifadəçilərin daha səmərəli istifadəsini təmin etməyə imkan verir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024