1 terabitlik peyklər ucqar əraziləri sürətli internetlə təmin edəcək 2016-02-15 12:33:39 / KONFRANSLAR

“Viasat” və “Boeing” şirkətləri məlumatların terabit sürətlə ötürülməsini təmin edən 3 yeni “Viasat-3” peykinin hazırlanmasını və orbitə buraxılmasını planlaşdırır.

Şirkət rəsmisinin bildirdiyinə görə, sözügedən 3 peyk hazırda orbitdə internetə qoşulmaq üçün istifadə olunan 400 kommersiya peyki ilə müqayisədə 2 dəfə yüksək buraxılış qabiliyyəti təmin edə bilər.

itc.ua saytının məlumatına əsasən, bu peyklər Amerika, Avropa, Asiya və Afrika regionlarında internetə sürətli çıxışı təmin edəcək və yalnız yerüstü qurğularda deyil, həm də təyyarələrdə əlçatan olacaq.

Qeyd edək ki, peyklərin orbitə buraxılışı 2019-cu ilin sonuna planlaşdırılıb.

 
 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023