Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb 2016-01-22 09:52:07 / KONFRANSLAR

Ölkə Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti Syuzan Hauser ilə görüşüb.

 

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sferasının uğurla inkişaf etdiyi və bu sahənin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub. “Microsoft” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi vurğulanıb.

 

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində İKT-nin tətbiqi mühüm rol oynayır. Bu baxımdan ölkədə təhsil və kosmik sənayenin prioritet sahələr olduğu vurğulanıb. Həmçinin Azərbaycanda İKT-nin tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.

 

Görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

president.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024