Selfi-güzgü təqdim olunub 2015-11-19 10:59:44 / KONFRANSLAR

Artıq selfi həvəskarları güzgünün köməyilə fotoşəkil əldə edə biləcəklər. Amerikanın “Smart Ltd” şirkəti mobil telefon və ya fotoaparatdan istifadə etmədən fotoşəkil çəkməyə imkan verən yeni qurğu hazırlayıb.

 

Güzgü sensor panel vasitəsilə idarə edilir. Qadjet baş verən hadisəni müşahidə rejimində fiksasiya edərək fotonu sahibin telefonuna göndərən hərəkət datçikləri ilə təchiz edilib. Qurğu vasitəsilə həm də musiqi dinləmək olar.

 

vesti.ru saytının məlumatına görə, qadjetin qiyməti onun ölçüsündən asılıdır. Məsələn, 68,5 və 80 sm ölçülü selfi-güzgünün dəyəri 200 ABŞ dolları təşkil edir. Qurğunu şirkətin rəsmi saytından əldə etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024