“CorelDraw” praktiki vəsaiti işıq üzü görüb 2015-10-23 17:39:58 / KONFRANSLAR

“CorelDraw” praktiki vəsaiti işıq üzü görüb. Kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Rəna Gözəlova və elmi işçi Hicran Gözəlovadır, rəyçiləri isə institutun böyük elmi işçiləri Gülarə Məmmədova  Tamilla Bayramovadır.

 

İnstitutun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabda proqramın interfeysi, əmrlər və əsas əməliyyatlardan bəhs olunur. İş mühitinin sazlanması, mətn və rənglərlə iş, fiqurların konturlarının yaradılması, nöqtəli təsvirlərlə iş, xüsusi effektlər, şəkillərin çap edilməsi və s. ətraflı izah edilib. Praktiki vəsaitdə qısa müddət ərzində “sadədən mürəkkəbə doğru” prinsipi əsasında vektor qrafikasını öyrənmək elə də çətin olmayacaq. Proqramda menyu və alətlərin adları ingilis və rus versiyasına uyğun olaraq hər iki dildə verilib. Hər bir mövzu CorelDRAW proqramının bütün imkanlarını qavramağa imkan verən müxtəlif nümunələrlə izah edilib.

 

Kitab CorelDRAW proqramını sərbəst öyrənmək istəyən istifadəçilər və proqramı tədris edən müəllimlər üçün nəzərdə tutulub. Dizaynerlər və veb-qrafika ilə məşğul olan proqramçılar arasında məşhur olan CorelDRAWX6 qrafik redaktoru bu sahə ilə maraqlananların da stolüstü kitabı ola bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024