Finlandiya şirkəti fərdi kompüterlər haqqında formalaşmış təsəvvürü dəyişdirəcək 2015-10-21 10:19:07 / KONFRANSLAR

Finlandiyalı mühəndislər fərdi kompüterlər haqqında formalaşmış təsəvvürü dəyişdirəcək “Solu” adlı yığcam kompüter hazırlayırlar.

 

gazeta.ru saytının məlumatına görə, layihə “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) meydançasında həyata keçirilir.

 

“Solu” hər tərəfi 10 sm, qalınlığı isə 10 mm təşkil edən kvadrat formalı qurğudur. Arxa qapağı ağacdan hazırlanmış kompüterin ön panelində 4 düymlük sensor ekran quraşdırılıb. 2,3 GHs takt tezlikli prosessor, akkumulyator və “Wi-Fi” ilə təchiz edilib, xüsusi əməliyyat sistemi ilə işləyir. Qurğunun bütün məlumatları “bulud”da saxlanılır.

 

Kompüterin ilkin qiyməti 349 avro təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024