Smartfonun sınmış ekranı öz-özünə bərpa olunacaq 2015-07-08 09:48:45 / KONFRANSLAR

Böyük britaniyalı kimyaçılar zaman keçdikcə bərpa olunmaq qabiliyyətinə malik yeni material ixtira ediblər. İlk öncə təyyarənin qanadlarının təmiri üçün hazırlanmış innovativ texnologiya istənilən səthin bərpasına imkan verəcək.

 

hitech.vesti.ru saytının məlumatına görə, yeni texnologiyanı Dunkan Vassın rəhbərliyi altında Bristol Universitetində çalışan tədqiqatçılar hazırlayıb. Alim bildirib ki, onun komandası insan dərisinin zədəni sağaltmaq qabiliyyətindən ilhamlanıb.

 

Qeyd edək ki, elektronika istehsalçıları artıq bir neçə ildir özü bərpa olunan materiallar üzərində təcrübə aparırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023