Birinci Avropa Oyunlarının açılış mərasimini az.baku2015.com saytında canlı izləmək mümkün olacaq 2015-06-09 09:54:17 / KONFRANSLAR

İyunun 12-də keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimini az.baku2015.com saytında canlı izləmək mümkün olacaq.

 

Açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq. “Bakı 2015”-in möhtəşəm açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq.

 

Tədbirdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024