Dissertasiya şurasının iclası keçirildi 2015-05-13 10:38:30 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

 

Dissertasiya şurasının sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında 2 dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr olunduğunu bildirdi.

 

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Lyudmila Suxostatın “Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Famil Məmmədov və texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərov, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu, dissertasiya işinin müdafiə tarixi 12 iyun 2015-ci il təyin olundu və təsdiq edildi.

 

Digər iddiaçı Üzeyir Qurbanlının “Gömrük işində risklərin idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Cavanşir Məmmədov və texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova, aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası, dissertasiya işinin müdafiə tarixi 12 iyun 2015-ci il təyin olundu və təsdiq edildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024