51 il əvvəl bu gün dünyada ilk videozəng edilib 2015-04-21 09:28:13 / KONFRANSLAR

20 aprel 1964-cü il tarixdə Nyu-Yorkda (ABŞ) keçirilmiş Ümumdünya sərgisində “Bell Telephone” şirkəti “Picturephone” videotelefonunu nümayiş etdirib və dünyada ilk videobağlantı  seansı baş tutub.

 

Qurğu ağ-qara ekran (saniyədə 30 kadr yeniləmə tezliyi) və kamera olmaqla iki hissədən ibarət olub.

 

Xüsusi kabinəyə daxil olaraq uzunsov qurğunun qarşısında oturmuş sərgi ziyarətçiləri minlərlə km uzaqlıqda yaşayan insanı ekranda görə və onunla ünsiyyət qura bilirdilər. Bir düyməyə sıxmaqla danışığı dayandırmaq mümkün idi.

 

1964-cü ilin iyununda “AT&T” şirkəti Nyu-York, Vaşinqton və Çikaqo şəhərlərində “Mod 1 Picturephone” aparatını quraşdıraraq kommersiya videobağlantı xidməti göstərməyə başlayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024