AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib 2021-05-05 18:15:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” mövzusunda III beynəlxalq konfransın  (3rd International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI-2021proqram komitəsinin üzvü seçilib.

17-19 noyabr 2021-ci il tarixlərdə Portuqaliyanın Porto şəhərində keçiriləcək konfransın gündəliyinə süni intellekt alqoritmləri, intellektual sistem arxitekturaları, hibrid intellektual və ekspert sistemlər, sensor sistemləri, maşın təlimi, süni neyron şəbəkələri, qeyri-səlis məntiq, biometriya, nitqin tanınması və s. mövzular daxildir.

ASPAI-2021-in keçirilməsində əsas məqsəd süni intellekt və siqnal emalı texnologiyaları sahəsində tanınan aparıcı beynəlxalq tədqiqatçıları, alim və mütəxəssisləri bir araya gətirmək, müvafiq mövzularda bilik və təcrübələri paylaşmaqdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024