İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri araşdırılır 2021-02-03 17:35:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin 2021-ci il üçün fəaliyyət planı onlayn formada müzakirə edildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim etdi. Bulud sistemlərinin analizi və sintezi, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi, İnternet şəbəkəsi və superkompüter texnologiyaları, paylanmış hesablama sistemlərinin resurslarının səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarının tətbiqi istiqamətində tədqiqat işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, cari ildə şöbədə “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emalı mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” və “Grid sisteminin yaradılmasında istifadə edilən proqram təminatı vasitələrinin analizi” mövzuları üzrə araşdırmalar aparılacaq.

Şöbə müdiri həmçinin bildirdi ki, cari ildə “Proqramla idarə olunan (Software Defined Networking - SDN) şəbəkə texnologiyalarının tədqiqi”, “Green Computing texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları”, “Simsiz şəbəkə texnologiyalarının müasir vəziyyəti və mövcud problemlərin araşdırılması”, “Süni intellekt sistemlərinin müasir vəziyyəti və mövcud problemlərin araşdırılması, tədqiqat metodlarının müqayisəli analiz edilməsi”, eləcə də “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması metodlarının tədqiqi” mövzuları üzrə tədqiqatlar davam etdiriləcək.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan R.Ələkbərov bu məqsədlə AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, bu şəbəkənin GEANT şəbəkəsinə inteqrasiyası, AzScienceNet-də İnternet xidmətlərinin təşkili, AzScienceNet və AzEduNet-in şəbəkə infrastrukturlarının inteqrasiyası, AzScienceNet-in proqram təminatının yenilənməsi işlərinin davam etdiriləcəyini bildirdi.

İnstitutun direktor müavini bu istiqamətlər üzrə AzScienceNet şəbəkəsinə AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, AMEA-nın qurumlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinin hesabatının təhlili və şəbəkənin QoS göstəricisinin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi işlərinin yerinə yetiriləcəyini qeyd etdi.

Şöbə müdiri, həmçinin bildirdi ki, AzScienceNet-in texniki imkanlarının artırılması məqsədilə yaddaş və hesablama resurslarının artırılması, “Mutlimedia Qalereyası” sisteminin istismarı, AzScienceNet şəbəkəsi üzərindən “Elm TV” İnternet televiziyasının monitorlar şəbəkəsinin istismarı və genişləndirilməsi, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, verilənlərin emalı mərkəzində E-kitabxana serverinin istismarı, AzScienceNet elm-kompüter şəbəkəsində GEANT şəbəkəsinin yeni xidmətlərinin (eduroam, file sender, edugain və s.) yaradılması, EapConnect layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlıqlarının quraşdırılması və istismara verilməsi işləri həyata keçiriləcək. Bununla yanaşı, R.Ələkbərov Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında LoLa sisteminin quraşdırılması və istismara verilməsi işlərinin planlaşdırıldığını qeyd etdi.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdiriləcəyini nəzərə çatdırdı.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin, şöbədə aparılan elmi-tədqiqatların səmərəliliyinin artırılmasının, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023