Qarabağın hər yerində bayrağımız dalğalanacaqdır! 2020-10-29 17:10:00 / KONFRANSLAR
...XALQIMIZ QIZIL KİMİ MÜZƏFFƏR TARİXİ GÜNLƏRƏ ŞAHİDLİK EDİR!
27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işgal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının - Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin, Hadrutun, Mincivanın, Suqovuşanın, Ağbəndin, ..., bir çox əhəmiyyətli hissəsi işğaldan azad edilmişdir. Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin doğma ərazilərimizdə - Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər doğma ərazilərin də düşmən erməni tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda BÖYÜK QƏLƏBƏYLƏ başa çatdırılacaqdır!

...Bəli, bu qələbələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin, müasir tələblərə uyğun ordu quruculugunun və çox düzgün diplomatik səylərinin nəticəsində mümkün olmasına hər kəs əmindir. Ali Baş Komandan cənab İlham Əliyev döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, ölkə Prezidenti kimi də olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, peşəkarlığı, əzmi və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışır, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edir.

Hazırda yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandan və Prezident İlham Əliyevin ətrafında vahid yumruq kimi birləşmişdir. Xalqımızın hər bir nümayəndəsi kimi bizlər də ordumuza maddi-mənəvi və informasiya dəstəyini daha mütəşəkkil həyata keçirmək məqsədilə var qüvvəmizlə çalışır və bütün imkanlarımızı səfərbər etmişik. Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə bizlər də kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edirik. Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, ədalətli dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun və haqq işinin dünya xalqlarına çatdırılması istiqamətlərində əlaqədə olduğumuz müxtəlif ölkə alimləri və ziyalılarıyla məqsədyönlü məlumatlandırma işləri aparırıq. Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara, gənclərə, tələbələrə tərəfimizdən xüsusi məktublar və müraciətlər göndərilmişdir.

Eyni zamanda əldə olunan qələbə sevinclərimizi bölüşmək və hisslərimizi, düşüncələrimizi bildirmək üçün böyük bir qrup olaraq Füzuli rayon ziyalılarınınn Ölkə Prezidentinə təşəkkür məktubu və müraciəti imzalanmışdır. İlk olaraq həmin müraciəti “TƏZADLAR” yaymışdı. Müraciətdə Hörmətli CƏNAB PREZİDENTƏ və CƏNAB ALİ BAŞ KOMANDANA bildirilmişdi ki, indiki mürəkkəb və şərəfli dövrdə özümüzə borc bilirik ki, Biz Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyirik! Qeyd olunmuşdur ki, Ali Baş Komandan kimi Sizin əmrinizlə işğalçı Ermənistana qarşı artıq bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılmışdır. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində bir çox əraziləimiz, o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox kəndləri də erməni qəsbkarlarından təmizlənmişdir.

Ordumuz bütün cəbhə boyu əminliklə irəliləyərək, strateji əhəmiyyətə malik mövqeləri öz nəzarətinə götürməkdədir. Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmışdır.

Bu parlaq qələbə heç şübhəsiz ki, Cənab PREZİDENTİN yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi! Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.

Cənab PREZİDENTİ və xalqımızı əmin edirik ki, Füzuli ziyalıları və rayonun bütün əhalisi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da dövlətimizin, ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edirik. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələri gözləyirik.

Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi bizlərdə də böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularımızı qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi bizlər də ürəkdən əminik. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, bu günün o qədər də uzaqda olmadığına bütün varlığımızla inanırıq.

Müraciətdə sevinclə və məsuliyyətlə bildirirdik ki, Biz həmişə sizinləyik, cənab Prezident! Biz sizinlə qürur duyuruq cənab Ali baş komandan!Biz sizin arxa cəbhədəki əmrinizə hazır olan əsgərlərinizik!

Biz bu tarixi günlərdə Prezidentimizin tarixi müsahibələri ilə nəfəs alırdıq. Onlarla qürurlanırdıq. Fəxarət hissi keçirirdik. Bu tarixi günlər bizə bir vaxt əlçatmaz möcüzə kimi gələrdi. Bir zamanlar bu günə şahid olmaq naminə hər birimiz çox şeyi qurban verməyə hazır idik. Bizlər də bəzən inamsızlığa qapanıb "Qələbə günü gələcəkmi/gəlməyəcəkmi?" deyərdik. Heyif ki, on minlərlə insanımız bu xoş tarixi qələbə günlərini görmədən, gözlərdən sevinc yaşları gətirən bu qələbə xəbərlərini eşitmədən dünyadan yurd həsrəti ilə getdi. Eynən Füzulinin Aybasanlı, Qorqan, Seyidəhmədli həsrətini özləriylə gözlərində, ürəyində o dünyaya aparan nənəmiz Gülüş kimi, anamız Anış kimi, Sarabəyim kimi, bacımız Zəmiş kimi, Məleykə kimi, atamız Qaraca kimi, Fərhad kimi, qardaşımız Tohid kimi, dayımız-əmimiz Mehdi kimi, Zeynal kimi, İmran kimi, Həşim kimi, Mirzəli kimi, Şahalı kimi, Zahid kimi, Hüseyn kimi, Fərəc kimi, onlarla dostlarımız kimi, yüzlərlə tanışımız, minlərlə ellilərimiz kimi...

...Azərbaycan Prezidenti dünyanın aparıcı televiziya kanallarına birbaşa durmadan müntəzəm müsahibələr verməkdədir. Onu bütün ədalət sevər dünya görür. Bizi sevməyənlər də, düşmənlərimiz olan işğalçı ermənilər də onlara gözdağı olan bu çıxışlarıı dinləmək zorundadırlar.

Prezident İlham Əliyev oktyabrın 17-də işğal altında olan neçə kəndimizin, sonrakı azadetmələr üçün açar şəhərlərdən hesab edilən Füzulinin düşməndən təmizləndiyini xəbər verir. Prezident milyonların ürəyində əks-səda oyadan elə sözlər deyir ki, o kəlmələrin hər biri 30 ilə yaxın bir müddətdə ürəklərdə qalan tikanı çıxarır, yaralarımıza məlhəm olur, qürurlanırıq, fəxarət hissi keçiririk. Hər birimiz elə zənn edirik ki, danışan elə bizik.

Bəli, bizim səsimizlə rəhbərimizin səsi bunca həmahəng, ürəyimizlə onun ürəyi bunca birgə olmamışdı. Bizim PREZIDENTIMİZ olmağın həqiqəti , fəlsəfəsi elə elə bu imiş, bundaymış!
 
Təəssüf ki bu günlərin içərisində oktyabrın 11-i və 17-si gecələri kimi Gəncəyə, dinc əhaliyə açılan raket atəşlərindən sonra həyatını itirən günahsız insanların, məsum körpələrin, neçə məhəllənin, evlərin dağıntısı sorağını aldığımız, acılar yaşadığımız kədərli saatlar da var. Lakin neyləməli, bizə düşmənin ən mənfuru, ən alçağı, qaniçəni nəsib olub. XIX yüzilin sonlarından etibarən bütün dünyada terrora rəvac verən qorxunc qüvvə kimi tanınan erməniçilik indi bəşər əleyhinə həmin cinayətkarlığını dövlət səviyyəsində həyata keçirməkdədir. Buna baxmayaraq çoxdan xiffətini çəkdiyimiz qələbə xəbərlərinin hər gün daha yenisini eşidərək qürrələnirik, qəhərlənirik. Lakin BİZ QALİB GƏLƏCƏYİK! BU QALİBİYYƏTİN hamısının altındakı ilk imza BİZİM PREZİDENTİMİZİNDİR!
 
Odur illərcə ölkəmizi zənginləşdirən, gücləndirən, ordumuzu mükəmməlləşdirən, qüvvətləndirən və müasirləşdirən! Odur dünyada Azərbaycanın gerçək nüfuzunu durmadan artıran! Odur xalqının tarixinə əbədi qurucu kimi daxil olan! Odur millətin yaddaşına XILASKAR kimi daimi həkk olunan!

...Biz bu tarixi günlərimizdə Türkiyə-Azərbaycan dostluğu ilə fəxr edirik. Biz qürurla Mustafa Kamal Paşa Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın ələmi bizim ələmimizdir" və unudulmaz Heydər Əliyevin "Azərbaycan və Türkiyə - bir millət, iki dövlət" kəlamlarını xatırlayırıq. Bizləri bir millət olaraq birləşdirən o qədər cəhətlər var ki və türk dünyasının bu iki aparıcı dövlətinin mənafelərinin kəsişmə nöqtələri o qədər çoxdur ki, bu münasibətlər bütün dövrlərdə həmişə qardaşlıq, müttəfiqlik, qarşılıqlı yardım və dəstək üzərində qurulub, belə də qalacaq. Lakin Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana İlham Əliyevin başçılıq etdiyi illər və bu iki güclü liderin qarşılıqlı səmimi münasibətləri sayəsində daha da istiləşən və yaxınlaşan dostluq və əməkdaşlıq tariximizin ən fəxr etməli parçasıdır.

...Biz də hesab edirik ki, artıq “Dağlıq Qarabağ” ifadəsini unutmaq lazımdır. Dağlıq Qarabağ inzibati deyil, coğrafi anlayışdır. Bu anlayış keçmiş SSRİ-nin bizə sırıdığı Dağlıq Qarabağ Muxtar Vilayətindən gəlir. DQMV 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.Dağlıq Qarabağ heç vaxt müstəqil subyekt olmayıbdır. 1991-ci il noyabrın 26-da isə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə “DQMV haqqında” Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub. Elə isə nə üçün biz Dağlıq Qarabağa ayrıca bir muxtariyyət statusu verməliyik?! Yalnız ona görə ki orda etnik qrup olaraq ermənilər yaşayır?! Ancaq indi vəziyyət dəyişib. İndi ordumuz qanı, canı bahasına bu əraziləri zorla Ermənistan qoşunlarından alırsa, hansı xüsusi statusdan söhbət edə bilərlər?! Onların buna heç bir hüquqi, siyasi və mənəvi haqqı yoxdur.

Qarabağ da Şirvan, Muğan kimi aranı ilə, dağı ilə bir bütündür. Bütün bunlara görə, “Dağlıq Qarabağ” ifadəsini öz leksikonumuzdan çıxarmalıyıq. Bu bölgəyə hansısa hüquqi-inzibati muxtariyyət statusu verməməliyik. Kim bu dövlətin vətəndaşlığını qəbul etmirsə, Qarabağ üzərində suverenliyini tanımırsa, onun Azərbaycan ərazisində yaşamağa nə hüquqi əsası var, nə də mənəvi haqqı. Bİz bu sahədə də Cənab Prezidentin iradəsini tam olaraq dəstəkləyirik.

Prezidentimiz tarixi ədalətsizliyi aradan qaldıracaq. Dünyanın tanıdığı sərhədlərimizdə öz bayrağımız dalğalanacaq.Dünya bizim ədalətimizlə hesablaşacaq. Əhalisi də, ərazisi də, büdcəsi də, hərbi gücü də, inamı da, güvəni də bizdən on dəfələrlə az olan bir topluma daha havadarlıq etməyəcəklər. Müharibənin bütün sahələrində artıq qalibiyyətimiz duyulur, hiss olunur.

Biz itkilərimizi bərpa edəcəyik. Bizdə olan məlumatlara görə artıq postkonflikt ərazilərimizin bərpası üzrə Elmi Mərkəz yaradılmışdır. Bərpa üzrə böyük investisiya layihələri cəlb olunacaq, Dövlət Proqramları qəbul olunacaqdır. Buna bizim bütün imkanlarımız vardır. Zəbt olunmuş ərazilərimizin gələcəyi rahat, geniş həyətlər, planlı salınmış məhəllələr, səliqə-sahmanlı, gözəl evlər, cazibədar kəndlər, böyük şəhərlər olacaqdır. Yeni qurulacaq Qarabağda Qarabağ Universiteti, AMEA-nın Qarabağ bölməsi, Şuşa konservatoriyası, onlarla muzeylər, mədəniyyət mərkəzləri, konsert salonları, zavodlar, fariklər, texnologiya parkları, xüsusi iqtisadi zonalar yaradılacaqdır. Qədim Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə məşhur olan Füzuli rayonu beynəlxalq turizmin mərkəzinə çevriləcəkdir. Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli rayonu ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə birgə kənd təsərrüfatı sahəsində ciddi uğurlara imza atacaqdır. Ərazisi 1. 39 min kv.km, əhalisi 134,5 min nəfər olan Füzuli rayonunda 2 şəhər (Füzuli, Horadiz), 11 yeni salınmış qəsəbə, 80-den çox kənd vardır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı torpaq sahələrinin çox olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardan çox idi. İşğaldan əvvəl təsərrüfatlarda kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
 
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 tibb məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub. Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın 500-ə yaxın elm adamı yetişmişdir.

23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu 17 oktyabr 2020-ci ildə cənab prezidentin rəhbərliyi ilə yenidən azadlığına qovuşdu. Baxmayaraq ki, 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu və rayonun işğaldan azad olunmuş ərazilərində rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir. Hazırda 1 şəhər, 61 kənd rayonun işğal altındakı ərazilərində yerləşirdi. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər,17 qəsəbə və 21 kənd vardır. Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə 27.09.2020-ci il tarixdən başlayaraq aparılan döyüş əməliyyatları nəticəsində Füzuli şəhəri daxil olmaqla 24 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Rayon əhalisinin 50% -ə qədəri Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

Hazırda Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. Rayon ərazisində Füzuli rayon Mədəniyyət evi, Horadiz şəhər Mədəniyyət evi, 14 kənd mədəniyyət evi, 8 klub müəssisəsi fəaliyyət göstərir. Həmin mədəniyyət müəsisələri dövrə, zamana uyğun olaraq ədəbi-bədii gecələr, kompozisiyalar və konsert proqramları ilə həm əhalinin, həm də, təmas xəttində yerləşən hərbi hissələrdə maraqlı çıxışlar etmişdir.

Füzuli Mərkəzi Rayon Xəstəxanasının tabeliyində 15 xəstəxana, 28 həkim məntəqəsi və 48 tibb məntəqəsi olmaqla 9 xəstəxana 220 çarpayı olmaqla, 19 həkim məntəqəsi və 15 tibb məntəqəsi fəaliyyətdədir. Füzuli Mərkəzi Rayon Xəstəxanası hal-hazırda 75 həkim, 297 orta tibb işçisi, 617 digər işçilərlə əhatə olunmuşdur.

Füzuli rayon əhalisi Ölkə Başçısı cənab İlham Əliyevin Füzuliyə 18.04.2008-ci il, 04.10.2008-ci il, 11.11.2010-cu il, 15.12.2012-ci il, 28.08.2014-cü il, 12.11.2016-cı il səfərlərini heç vaxt yaddan çıxarmırlar. Hörmətli Prezident və Ali Baş Komandanın 2016-cı il səfərindəki “Azərxalça ASC Füzuli filialının fəaliyyəti ilə tanışlığı, Horadiz şəhərində inşa edilmiş Avtovağzalın açılışını, Horadiz şəhərində inşa edilmiş Füzuli Dövlət Rəsm Qalareyasının açılışını, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbə ilə tanışlığı, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədəki orta məktəbdə yaradılan şəraitlə tanışlığı, məcburi köçkünlər üçün tikilmiş yeni orta məktəbin idman zalında məktəblilərlə görüşünü, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun açılışını, məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə rayon ictimaiyyətinin nümayəndələri ilə xöş və unudulmaz görüşünü unutmurlar. Bu görüşlərin yeni dirçələn ərazilərdə təkrarən olacağı günü gözləyirlər. Onlar inanırlar ki, bizim yaralı torpaqlarımız sağalacaq, çiçək açacaqdır. Biz Prezidentimizin dediyi kimi "Tikəcəyik, quracayıq, dirçəldəcəyik!".

Bəli, bizim QƏLƏBƏ BAYRAMI GÜNÜMÜZ çox yaxındadır. Xalqımıza qürurunu, özünəgüvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş, bayrağımızı yüksəklərə qaldırmış və Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq QƏLƏBƏ BAYRAMI GÜNÜMÜZƏ az qalıb. Bizi xoşbəxtlərin xoşbəxti edəcək o gün gələcəkdir! QƏLƏBƏ BAYRAMI GÜNÜ bizim xalqın yaddaşından heç zaman silinməyən ən əziz, unudulmaz günü olacaqdır!

İndi isə böyük qələbəyə doğru addım-addım qətiyyətlə yaxınlaşırıq! Yolumuz ŞUŞAYADIR, XANKƏNDİNƏDİR, LAÇINA-KƏLBƏCƏRƏDİR! YOLUMUZ BÖLÜNMƏZ VƏTƏNƏDİR!

...Ey dünyanın ən alçağı olan əli silahlı, ürəyi nifrətli faşist-cəllad ermənilər! RƏDD OLUN, İTİLİN VƏTƏNİMİZDƏN! HAMINIZ İT KİMİ QOVULACAQSINIZ! HAMINIZ CƏHƏNNƏM ODUNDA YANACAQSINIZ!!!
...BİZ ERMƏNİ ƏFİ İLANIN BAŞINI ƏZƏCƏYİK!
QALİB ORDUMUZLA QARABAĞA GİRƏCƏYİK!
BAYRAĞIMIZI ŞUŞADA, LAÇINDA, KƏLBƏCƏRDƏ YÜKSƏLDƏCƏYİK!
TAM QƏLƏBƏ ŞƏRBƏTİNİ İÇƏCƏYİK!
YURDUMUZUN HƏR YERİNDƏ BAYRAĞIMIZI YÜKSƏLDƏCƏYİK!
BİZ HƏMİŞƏLİK QALİB GƏLƏCƏYİK!!!

***
...EY MİLLƏTİ XƏCALƏTDƏN QURTARAN CƏNAB RREZİDENT! VAR OL, YAŞA, QALİB GƏL HƏMİŞƏ! ƏBƏDİ EŞQ OLSUN SİZƏ!
EŞQ OLSUN ƏSGƏRİMİZƏ!
EŞQ OLSUN MÜZƏFFƏR ORDUMUZA!
EŞQ OLSUN ALİ BAŞ KOMANDANA!
TƏŞƏKKÜRLƏR, CƏNAB ALI BAŞ KOMANDAN!

Var olsun Azərbaycan! Var olsun Qarabağ! QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli rayon əhalisi və ziyalıları adından:
AMEA müxbir üzvü, professor Akif Musayev
İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev
Bakı, 27 oktyabr 2020 il.
    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020