Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu təqaüd proqramı elan edir 2020-10-03 11:00:00 / MÜHÜM HADİSƏLƏR

Koreya Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu (National Institute for International Education – NIIED) Koreya Dövlət Təqaüd Proqramında (2021 Bakalavr GKS) Azərbaycan Respublikası vətəndaşlarını iştiraka dəvət edir.

Müraciət qaydaları, proqramda iştirak meyarları, tələb olunan sənədlər, ərizə formaları və s. haqqında ətraflı məlumat www.studyinkorea.go.kr internet səhifəsində yerləşdirilmişdir.

Təqaüd proqamında iştirak etmək istəyən namizədlərin tələb olunan sənədlər, ərizə formalarını yuxarıda qeyd olunmuş veb-səhifədən yükləyərək 13 oktyabr 2020-ci il tarixinədək Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə birbaşa təqdim etməsi xahiş olunur. Bildirilir ki, namizədlər arasında seçim Səfirlik tərəfindən aparılacaq və müvafiq müsahibələr keçiriləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024