“Proqram mühəndisliyinin əsasları” adlı kitab nəşr olunub 2020-06-23 11:35:00 / YENİ NƏŞRLƏR

Kitab ali təhsil müəssisələrinin müəllimləri, tələbələri və informasiya texnologiyaları üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mütəxəssisi Tamilla Bayramovanın müəllifi olduğu “Proqram mühəndisliyinin əsasları” adlı kitab işıq üzü görüb.

İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun elmi redaktorluğu ilə çap olunan kitabda proqram mühəndisliyinin inkişaf tarixi və əsasları haqqında məlumat verilib. Proqram təminatının həyat dövrünün mərhələləri və işlənilmə modelləri araşdırılıb. Keyfiyyətli proqram təminatının işlənilməsi üçün insan amilinin rolu və bu məqsədlə yaradılmış komandanın təşkili modelləri təhlil edilib.

Nəşrdə, həmçinin proqram təminatının müasir işlənilmə metodologiyaları, verifikasiya və validasiya metodları haqqında məlumat verilib. Proqram mühəndisliyi sahəsində mövcud olan standartlar və onların  tətbiq sahələri araşdırılaraq proqram mühəndis­liyinin iqtisadi aspektləri təhlil edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023