AMEA-nın magistraturasında distant təhsil uğurla davam etdirilir 2020-04-02 18:01:00 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən akademiyanın magistraturasında dərslərin distant yolla keçirilməsinə başlanılıb. Bu məqsədlə tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti ilə magistrantlar arasında tədris planlarında nəzərdə tutulan fənlərin məzmunundan asılı olaraq müxtəlif kompüter proqramlarından istifadə etməklə virtual əlaqələr yaradılır.

Tədris prosesinin effektivliyinə və əhatə dairəsinə nəzarət etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən akademiyanın magistratura təhsilini həyata keçirən elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri və magistrantlarla müntəzəm onlayn sorğular aparılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023