Unikal ürək plastırı kardiologiyada inqilab edəcək 2020-02-18 16:20:00 / MARAQLI MƏLUMATLAR

Dublində Müqəddəs Üçlük Kollecinin alimləri ürək tutmasından sonra ürəyi “təmir” etməyin yolunu tapıblar. İnfarkt keçirdikdən sonra ürəkdə yara toxuması yaranır ki, bu da orqana normal işləməyə mane olur. Son zamanların tendensiyası yeni və sağlam hüceyrələri tətbiq edən plastırlardan istifadədir.

meddaily.ru saytının məlumatına görə, bu plastırların bir çatışmazlığı var. Bir qayda olaraq, onlar ürək hüceyrələri ilə örtülmüş poliester əsaslı termoplastik polimerlərdən hazırlanır. Plastırlar ürəyə cərrahi yolla yapışdırılır. Lakin ürək daim döyünür və onun toxumaları sıxılır, dartılır ki, bu da hüceyrələrin zonada dayanmasını çətinləşdirir. İrlandiya mütəxəssisləri fiziki cəhətdən ürək toxumalarını təqlid edən material hazırlayıblar.

Yeni plastırlarda hüceyrə yoxdur. O, elektrik keçirən materialdan istehsal edilib. Bu materialı əldə etmək üçün alimlər lifə çevrilən əridilmiş polimer axınının çökməsinə nəzarət üçün elektrik sahəsindən istifadə edən texnologiyaya müraciət ediblər. Burada strukturun həndəsəsinə lif səviyyəsində nəzarət etmək mümkündür. Bu, ürək toxumasını maksimal dəqiqliklə simulyasiya etməyə imkan verir.

Tədqiqatçılar göstəriblər ki, plastır dəfələrlə dartılmaya davam gətirə bilər və insanın ürək toxumasını təqlid edən elektrik keçirici xüsusiyyətlərə malikdir. Deməli, yeni material siqnalların elektrik ötürülməsinə imkan yarada bilər. O, mexaniki gərginliyi minimuma endirərək, ürək tutmalarını sinxronlaşdıra bilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024