“Microsoft” süni intellektə sağlamlıq naminə 40 milyon dollar sərmayə qoyur 2020-02-12 14:50:00 / MARAQLI MƏLUMATLAR

Beş illik “AI for Health”(Sağlamlıq üçün süni intellekt) proqramı çərçivəsində “Microsoft” korporasiyası şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və alimlərə tibdə ən əhəmiyyətli problemlərin həlli üçün süni intellekt texnologiyalarına çıxış imkanı təqdim edəcək.

“Microsoft” beş il ərzində səhiyyə sənayesi üçün 40 milyon dollarlıq süni intellekt texnologiyasına investisiya qoyan “AI for Health” proqramını satışa çıxardığını elan edib. Təşəbbüs pul qrantları daxil olmaqla şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və elm adamlarına süni intellekt alətlərinə, bulud hesablama və digər zəruri mənbələrə giriş əldə etməyə imkan verəcək.

Proqramın diqqət yetirəcəyi əsas cəhət və prinsiplər aşağıdakılardır:

  • Tədqiqat fəaliyyəti. Şirkət alimlərə tədqiqat işlərində kömək edəcək və həkimləri daha dəqiq diaqnoz qoymağa, müalicəni təyin etməyə və xəstəliyin qarşısını almağa imkan yaratmaq üçün lazımi resurslar ilə təmin edəcək. Süni intellektin köməyi ilə təhlükəli xəstəliklər, ani uşaq ölümü sindromu (SIDS), diabetik retinopatiya və bir çox digər xəstəliklər araşdırılacaq.
  • Təhlil. “Microsoft” uzunömürlülük və ölüm faizi amillərinin dünya cəmiyyəti tərəfindən anlamanı artırmaq üçün qlobal məlumat mübadiləsini asanlaşdıracaq. Bununla da şirkət tibbi məlumatların məxfiliyinə xüsusi diqqət yetirəcək.
  • Bərabərlik prinsiplərinə uyğunluq. Şirkət inkişaf etməkdə olan ölkələrdə insanlara tibbi xidmətdən istifadə etmək üçün səhiyyə bərabərsizliyinin aradan qaldırılmasına dəstək vermək niyyətindədir.

nanonewsnet.ru saytının məlumatına əsasən, təşəbbüs şirkətin 165 milyon dollar sərmayə qoyduğu “AI for Good” layihəsinin bir hissəsidir və cəmiyyətin ən mürəkkəb problemlərini süni intellektin köməyi ilə həll etmək məqsədi daşıyır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024