“Xiaomi” bakteriyaları təmizləyən lampa hazırlayıb 2020-01-27 14:10:00 / TEXNOLOJİ YENİLİKLƏR

Təhlükəli bakteriyalar insanların yaşadığı hər yerdə mövcuddur. İnsanın immuniteti azaldığı zaman bu mikroorqanizmlər daha təhlükəli olur.

Onların qarşısını almaq məqsədi ilə “Xiaomi” şirkəti yeni “FIVE Smart Disinfection and Sterilization Lamp” məhsulunu təqdim edib. Lampa otaqdakı havanı təhlükəli bakteriyalardan təmizləməyə xidmət göstərir.

ferra.ru saytının məlumatına görə, cihaz dezinfeksiya üçün ultrabənövşəyi işıqdan istifadə edir və “Mijia” proqramı vasitəsi ilə idarəetməni dəstəkləyir. Lampanın xidmət müddəti 9000 saata çatır.

Mütəxəssislər qeyd edirlər ki, “FIVE” lampasının sterilləşdirmə effektivliyi 99,9% -ə çatır, lakin hələ də bütün növ bakteriyaları məhv edə bilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024