Vizit kart formasında mikrokompüter hazırlanıb 2019-12-27 15:10:00 / TEXNOLOJİ YENİLİKLƏR

Dizaynerlər hər zaman orijinal formaya malik qeyri-adi vizit kartları hazırlamağa çalışırlar. Mühəndis Corc Hiliard kağız parçasını “Linux” ilə işləyən tam bir kompüterə çevirməyi bacarıb.

Bu vizit kartının gücü kompüter nöqteyi-nəzərindən qiymətləndirilsə, o, “Raspberry Pi” və ya “Orange Pi” analoqlarından cüzi dərəcədə az ola bilər.  Karta minimum sayda radiokomponent və mikrosxem quraşdırılıb.

4pda.ru saytının məlumatına görə, kartda 8 MB yaddaş qurğusu quraşdırılıb. Yaddaşın bu bölməsinin kiçik tətbiqləri quraşdırmaq üçün istifadə edilə biləcəyi nəzərdə tutulub. “Linux”-un əvvəlcədən quraşdırılmış versiyasını yükləmək üçün vizit kartını USB konnektoru vasitəsilə kompüterə qoşmaq kifayətdir.

Vizit kartını yaddaş kartı kimi istifadə etmək mümkün olsa da, 8 MB həcm heç bir multimedia faylını saxlamağa imkan vermir. İstehsalçılar sxemin konsepsiyasını dəyişdirdikdə onun məhsuldarlığının bir qədər də artacağını gözləyirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024