İnstitutun şöbə müdiri “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunub 2019-12-03 11:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafata layiq görülüb.

Konfederasiyanın “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunmuş şöbə müdiri bu mükafata əməkdə, təhsildə və ictimai fəaliyyətində xüsusi nailiyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Babək Nəbiyev 2008-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda kompüter şəbəkələrinin monitorinqi və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlayıb.

2018-ci ildə “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

B.Nəbiyev AMEA İnternet şəbəkəsində “Monitorinq və Təhlükəsizlik Sisteminin” yaradılması və inkişafı, “AzScienceNet” elm korporativ şəbəkəsinin infrastrukturunun yaradılması və AMEA İnternet şəbəkəsində (AzScienceCERT) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupunun yaradılması işlərində yaxından iştirak edir.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024