2015-ci ilin texnologiyalara həsr olunmuş 10 əsas konfransı 2015-02-12 09:46:38 / KONFRANSLAR

Konfranslarda iştirak etmək peşəkar mühitdə öz dünyagörüşünü genişləndirmək üçün böyük imkanlar yaratmaqla yanaşı, yaradıcı mütəxəssislərlə qarşılaşmaq üçün bir fürsətdir.

 

thinkinginvestor.org saytı İT dünyasının 2015-ci ildə keçiriləcək 10 ən genişmiqyaslı və əhəmiyyətli konfransını təqdim edib:

 

Lift konfransı 

 

4-6 fevral, Cenevrə (İsveçrə)

 

Bu konfrans sərgi, müzakirə və təqdimatları özündə birləşdirir.

 

Developerlər həftəsi (Developer Week)

 

6-12 fevral, San-Fransisko, Kaliforniya

 

Texniki sahədə San-Fransiskonun əsas tədbiri peşəkarlığa istiqamətlənmiş 60-dan çox tədbirdən ibarətdir.

 

Kod/Media (Code/Media)

 

17-18 fevral, Dana Poynt, Kaliforniya

 

Tədbir media və texnologiyaların qovşağında  mövcud vəziyyəti qiymətləndirmək məqsədilə keçiriləcək.

 

Konfrans aktiv müzakirə şəraitində aparılacaq.

 

Sosial Media Həftəsi (Social Media Week)

 

23-27 fevral tarixlərində eyni zamanda dünyanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulur.

 

Konfrans sosial medianın texnologiyalar vasitəsilə biznes və mədəniyyət dünyasına göstərdiyi təsir haqqında təsəvvürə malik olmağa imkan verir.

 

Mobil Dünya Konqresi (Mobile World Congress - MWC)

 

2-5 mart, Barselona (İspaniya)

 

MWC mobil sektorun ən yeni texnologiyalarına həsr olunub. MWC 2015 sahə üzrə mütəxəssislər və ekspertlərdən qabaqcıl strategiyalar haqqında məlumat əldə etmək və bir çox potensial müştərilər, partnyorlar, sənaye liderləri ilə görüşmək istəyənlər üçün nüfuzlu və əhəmiyyətli tədbirdir.

 

The Next Web konfransı: Avropa

 

23-24 aprel, Amsterdam (Hollandiya)

 

Konfrans seminarlar, innovasiyalar, texnologiyalar, unikal maarifləndirici imkanlar və ən yaxşı biznes-təcrübələrin müzakirəsindən ibarət olacaq.

 

99U konfransı

 

30 aprel - 1 may, Nyu-York (ABŞ)

 

Konfransın məqsədi müxtəlif ideyaların reallaşdırılma imkanlarının müzakirəsidir.

 

“TechCrunch Disrupt New York”

 

4-6 may, Nyu-York (ABŞ)

 

Proqramçıların birləşərək müxtəlif problemləri həll etdiyi, layihələr hazırladığı və yarışdığı tədbirlər silsiləsi Hakatonda keçiriləcək yarışlarda qalib olmaq üçün 20 şirkət iştirak edəcək.

 

“Brainstorm Tech 2015”

 

13-15 iyul, Aspen, Kolorado

 

Bu tədbir yeni ideyaları paylaşmaq üçün görkəmli liderlərin toplaşacağı meydançadır.

 

Veb sammiti (Web Summit)

 

Payız 2015, Dublin (İrlandiya)

 

Beynəlxalq konfransda tanınmış spikerlərin iştirakı nəzərdə tutulur. 3 gün ərzində Dublin texnologiya sənayesi sahəsində dünyanın mərkəzi olacaq. Konfransa müxtəlif ölkələrdən əməkdaşlıq etmək və təcrübə bölüşmək istəyən mütəxəssislər toplaşacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023