Foto AMEA-nın magistrantları fəlsəfə fənnindən imtahan veriblər 2019-06-18 12:26:00 / MÜHÜM HADİSƏLƏR

Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistrantları TİM-də “Fəlsəfənin əsasları” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.

Qeyd edək ki, “Psixologiya” fənnindən imtahan 13 iyun tarixində keçirilib. “Pedaqogika” fənnindən imtahan isə 21 iyun tarixində keçiriləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024