OSVR virtual reallıq dəbilqəsi təqdim olunub 2015-01-15 10:42:57 / KONFRANSLAR

Razer” şirkəti “CES 2015” beynəlxalq elektronika sərgisində OSVR açıq virtual reallıq platformasını nümayiş etdirib.

 

3dnews.ru saytının məlumatına görə, şirkət yeni cihazı açıq platformaların inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulmuş standart  adlandırır.

 

OSVR platforması Unity 3D və Unreal Engine 4 kimi tanınmış mühərrikləri dəstəkləyir və Bosch, Razer, Sixense və LeapMotion qurğuları ilə işləyə bilir. Gələcəkdə HeroEngine və digər mühərriklərin də dəstəklənməsi nəzərdə tutulur.

 

Dəbilqə bədənin vəziyyətinin izlənilməsi funksiyası ilə jestlərə nəzarət etmək üçün Nod Labs şirkətinin xüsusi üzüyündən istifadə etməklə qarşılıqlı təsir yarada bilir.

 

Bununla yanaşı, istifadəçi jestləri virtual mühitə Leap Motion şirkətinin hərəkətlərin müəyyənləşdirilməsi kontrolleri vasitəsilə daşına bilər.

 

Akselerometr, giroskop və kompasla təchiz edilmiş dəbilqə əlavə aksessuarlar üçün USB 3.0 xarici portuna və daxili genişlənmələr üçün iki USB 3.0 portuna malikdir.

 

Təsvirin alınması üçün Full HD izləməyə imkan verən və şəkili 60 Hs tezliklə yeniləyə bilən 5,5 düymlük ekrandan istifadə olunur. 

 

Rəqiblərinə nisbətən ucuz  olan OSVR dəbilqələrinin 2015-ci ilin iyun ayında satışa çıxarılması nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024