Elastik ekrana malik ilk bükülən smartfon təqdim edilib 2018-11-01 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çinin “Rouyu Technology” şirkəti elastik ekrana malik ilk bükülən smartfonunu təqdim edib. “FlexiPai” həm də hələ təqdim edilməmiş “Snapdragon 8150” prosessoru əsasında işləyən ilk smartfondur.

ferra.ru saytının məlumatında bildirilir ki, 7,8 düymlük ekran və ikiqat arxa kamera ilə təchiz olunmuş qurğunun qalınlığı 7,6 mm təşkil edir. Smartfonda “Ro-Charge” sürətli enerjidoldurma texnologiyasından istifadə olunub. O, akkumulyatoru 1 saat ərzində 80 faiz doldurmağa imkan verir.

“FlexiPai” 3 konfiqurasiyada təklif edilir: 6+128 GB, 8+256 GB və 8+512 GB. Qadcetin qiyməti müvafiq olaraq, 1290, 1434 və 1864 dollar təşkil edir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024