Yalanı yazı xəttinə görə tanıyan proqram hazırlanıb 2018-10-29 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Britaniyanın Kardif Universitetinin tədqiqatçıları yalana qarşı mübarizə məqsədilə yalan fikirləri insanın xəttinə görə tanıyan xüsusi proqram hazırlayıblar. “VeriPol” adlandırılmış metodikanın əsas funksiyası əl ilə yazılmış mətnin skan edilməsidir.

Yalanı ifşa edə bilməsi üçün proqrama əl ilə yazılmış mətnin surətini yükləmək lazımdır. Bundan sonra maşın insanın əlyazmasında yalan fikirlərin olub-olmadığını aydınlaşdırır.

planet-today.ru saytının məlumatında bildirilir ki, yalançıları aşkarlaya bilməsi üçün tədqiqatçılar polis arxivlərindən götürülmüş çoxsaylı yalan ifadələri proqrama yükləyiblər. Onlar əmindirlər ki, böyükhəcmli məlumatlar gələcəkdə yalan söyləyən insanları asanlıqla müəyyən etməyə imkan verəcək.

Neyron şəbəkənin sınaqdan keçirilməsindən sonra Britaniya alimlərinin yeni məhsulunun nə qədər faydalı olduğunu anlamaq mümkün olacaq. Bununla yanaşı, proqramın hüquq-mühafizə sistemi təkmilləşdiriləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024