Kiçik dronlar irihəcmli yükləri daşıyacaq 2018-10-26 18:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Mühəndislər qrupu öz çəkisindən 40 dəfə çox ağırlığa malik yük qaldıran kiçik dronlar hazırlayıb.

naukatv.ru saytının məlumatında bildirilir ki, layihə ABŞ-ın Stenford Universitetinin Mühəndis Məktəbi və İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin əməkdaşları tərəfindən hazırlanıb. “FlyCroTugs” adlanan dronlar elə modifikasiya edilib ki, kərtənkələ pəncəsini xatırladan yapışan səth onlara istənilən səthə yapışmağa imkan verir. Pilotsuz uçan aparatlar, həmçinin ağırlıq qaldıran mexanizm və buraz vasitəsilə onların çəkisini 40 dəfə üstələyən obyektləri tuta və daşıya bilir.

Tədqiqatçıların sözlərinə görə, sürətli, kiçik və iri yükləri daşıya bilən hava nəqliyyatının qurulmasızamanı onlar təbiətdən ilhamlanaraq arıların quruluşundan nümunə kimi istifadə ediblər.

Alimlər bildiriblər ki, “FlyCroTugs” dronlarının kiçikölçülü olması onlara qapalı yerlərdə hərəkət etməyə və insanlara yaxın məsafədə uçmağa imkan verir ki, bu da onları axtarış və xilasetmə əməliyyatları üçün faydalı edir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017