Çap maşını klaviaturalı noutbuk təqdim edilib 2018-10-25 11:00:00 / KONFRANSLAR

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Samsung Notebook Flash” portativ kompüter modelini təqdim edib. Qurğunun fərqləndirici cəhəti retro üslubunda dizayn və ən yeni simsiz rabitə standartlarının dəstəklənməsidir.

planet-today.ru saytının məlumattına görə, “Samsung Notebook Flash” noutbukunun klavişləri xarici görünüşünə görə çap maşınını xatırladır. Daha bir maraqlı detal isə əl ilə toxunduqda parçaya oxşayan iş paneli örtüyüdür.

Aparat platformasına görə də çap maşınlarına bənzəyən noutbuk qənaətcil “Intel Pentium N5000” prosessoru və 4 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Sərt diskin həcmi 128 giqabayt, “Full HD” ekranın diaqonalı isə 13,3 düym təşkil edir. Qurğu məlumatları 1,7 Qbit/san sürətlə ötürməyə imkan verən “Wi-Fi” modulu, eləcə də “Bluetooth 5.0” adapteri ilə təchiz olunub.

Cənubi Koreya bazarında qiyməti 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023