“Ağıllı” güzgü peşəkar kosmetik konsultasiya verəcək 2018-10-23 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Tayvanın böyük İT-şirkətinin baş direktoru Saymon Şenin həyat yoldaşı ondan bütün vaxtını həsr etdiyi texnoloji layihələrin nə olduğunu soruşub. Şen cavab olaraq, xanımına daim gözəl qalmağa kömək edəcək səs köməkçisi ilə təchiz edilmiş güzgünü layihələşdirib.

techcult.ru saytının məlumatına görə, “HiMirror Mini Premium” sensor ekrana və yüksək keyfiyyətli kameraya malik planşet kimi işləyir. Qurğu sifətin əksini göstərməklə yanaşı, şəkilə real vaxt rejimində müxtəlif effektlər əlavə edə bilir. Onun “ağıllı” olmasının əsasında dəridə qırışlar, tünd sahələr, tünd ləkələr, qırmızı ləkələr, nahamarlıq, dəri məsamələri, sifətin xəstə görünüşü, nəmlənmə və piqmentasiya kimi vacib kosmetik qüsurların tanınması üçün qurulmuş“Skin Analysis Engine X” xüsusi xidməti dayanır. Qeydə alınmış qüsur ekranda əks olunur.

Bütün müasir “ağıllı” qadcetlər kimi, “HiMirror” da sosial şəbəkələr və şəbəkə xidmətləri ilə işi dəstəkləyir. Cari ilin noyabr ayının 5-də satışa çıxarılacaq qurğunun qiyməti 300 ABŞ dolları təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024