“Google” şirkəti “Home Hub” “ağıllı” ekranını təqdim edib 2018-10-11 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Google” korporasiyası öz yeni qurğusu “Home Hub” “ağıllı” ekranını təqdim edib. İstehsalçıların sözlərinə görə, qadcet “ağıllı” evi idarə etmə üçün rahat köməkçi olacaq.

iz.ru saytının məlumatına görə, smart-ekrana “Google Assistant” səs köməkçisi qurulub. Qurğunun köməyi ilə istifadəçilər “ağıllı” evin komponentləri – məişət cihazları, işıqlandırma ilə qarşılıqlı təsirdə ola biləcəklər. Bundan başqa, “Home Hub”da təqvimi açmaq, xatırlatmalar qurmaq, İnternetdə lazımi informasiyanı tapmaq və onu ekrana çıxarmaq mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023