İnstitutun komandası futbol üzrə Spartakiadada qrupun ikinci oyununda qalib gəlib 2018-10-04 12:10:00 / MÜHÜM HADİSƏLƏR

Məlumdur ki, oktyabr ayının 1-də AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə II Spartakiadaya start verilib. Spartakiada futbol, dama, şahmat və stolüstü tennis oyunlarını əhatə edir. Turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatı təmsil olunur.

Oktyabrın 4-də II Spartakiada çərçivəsində futbol yarışlarının növbəti oyunları keçirilib. C qrupu üzrə keçirilən ikinci oyunda AMEA Fəlsəfə İnstitutunun komandası ilə qarşılaşan İnformasiya Texnologiyları İnstitutunun komandası rəqib üzərində 9:5 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, yarışlar respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunur.

Qeyd edək ki, növbəti oyunlar bu gün İqtisadiyyat və Genetik ehtiyatlar, Neft-kimya Prosesləri və Torpaqşünaslıq və Aqrokimya, eləcə də Fizika və İdarəetmə Sistemləri institutlarının komandaları arasında keçiriləcək.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024