Divara şəkil çəkən dron hazırlanıb 2018-10-04 10:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Disney Research” və İsveçrənin Sürix Ali Texniki Məktəbinin mütəxəssisləri divara şəkil çəkə bilən dron hazırlayıblar.

“PaintCopter” adlı qurğu boya tozlandırıcısı olan xüsusi “əl”lə təchiz edilmiş kvadrokopterdən ibarətdir. O, verilmiş şəkli yalnız düz səthlərə deyil, həm də daha mürəkkəb, üçölçülü strukturlara çəkə bilir. Dronun istifadə etdiyi sistem səthin relyefini nəzərə alır, lazımi şəkli ona uyğunlaşdırır və sonra pilotsuz təyyarəni idarə edərək boyanın tozlandırılmasını həyata keçirir.

popmech.ru saytının məlumatına görə, lazımi səthin skan edilməsi zamanı pilotsuz təyyarəni insan idarə edir. Operator yaradılmış həcmli modelə müəyyən olunmuş şəkli “yerləşdirir”, sonra sistem dronun uyğun uçuş trayektoriyasını müstəqil seçir və tozlandırıcının işini izləyir. Bu əmrlər şəkli avtonom rejimdə çəkən pilotsuz təyyarəyə ötürülür.

Yeni dron 2019-cu ilin 20-24 may tarixlərində Kanadanın Monreal şəhərində keçiriləcək “International Conference on Robotics and Automation – ICRA 2019” konfransında təqdim ediləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024