İnternetin yaradıcısı yeni struktur təqdim edib 2018-10-03 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Müasir İnternetin yaradıcısı Tim Berners-Li yeni “Inrupt” strukturunu təqdim edib. Layihə çərçivəsində istifadəçilərə öz məlumatlarını müstəqil saxlamaq hüququ verən proqramlar yaradılacaq.

lenta.ru saytının məlumatında bildirilir ki, “Inrupt” Berners-Linin rəhbərlik etdiyi qrupun uzun müddət çalışdığı miqyaslı “Solid” layihəsinin kommersiya tərəfini təmin edəcək. Açıq kodlu platforma bütün istifadəçilərə fərdi informasiyanı saxlamaq və paylaşmaq üçün seçim imkanı yaradır.

Lakin bu prinsip İnternetdə mövcud məlumatların saxlanılması qaydaları ilə ziddiyyət təşkil edir. Qaydalara görə, istifadəçilərin fərdi məlumatları böyük İT-şirkətlərə – axtarış sistemləri, sosial şəbəkələr və messencerlərə təqdim olunur. Korporasiyalar bütün məlumatları öz serverlərində saxlayan inhisarçılardır. Bu, məlumatlarda haker hücumları üçün boşluq yaradır.

“Solid” məlumatların “DWeb” antivirus proqram təminatı və ya desentralizasiya edilmiş İnternetdə saxlanılması və mübadiləsi üçün alətdir. Belə sistemdə informasiya serverlərdən yan keçməklə ötürülür. Sistemin tərəfdarlarının fikrincə, bu, korporasiya və dövlət tərəfindən istifadəçilərin həyatına müdaxiləni minimuma endirir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017