Çində ikinci İnternet-məhkəmə istifadəyə verilib 2018-09-10 15:00:00 / MARAQLI MƏLUMATLAR

Pekində Çin ərazisində ikinci İnternet-məhkəmə istifadəyə verilib. 

Bu məhkəmə növü iddiaçı və cavabdehin iştirakını nəzərdə tutmur. Bütün məhkəmə prosedurlarını instansiyanın saytında həyata keçirmək olar. Məhkəmə dinləmələri və hökmün çıxarılması da real vaxt rejimində videoyayım vasitəsilə onlayn keçiriləcək.

iz.ru saytının məlumatına görə, məhkəmədə İnternetlə bağlı işlərə (məsələn, onlayn ticarətdə fırıldaqçılıq  halları, onlayn borc müqavilələri üzrə mübahisələr, müəllif hüquqlarının pozulması və s.) baxılacaq.

Qeyd edək ki, ilk belə məhkəmə ötən ilin avqustunda Xançjou şəhərində əlçatan olub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023