İnsanın emosiyalarına təsir edən maska 2018-08-02 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Massaçusets Texnologiya İnstitutunun məzunu Ksin Lyu insanın emosiyaları və hisslərini dəyişdirə bilən yüksəktexnologiyalı maskanı nümayiş etdirib.

robo-hunter.com saytının məlumatına görə, Lyu dizayner Honqsin Dxanqla birlikdə daxili elektron mexanizmlərlə təchiz edilmiş maskanı hazırlayıb. Burun altında tənəffüs tezliyini qeydə alan sensor yerləşdirilib.

Sınaqlar zamanı qulaqlıqlar vasitəsilə öz nəfəs almasının səsini eşidən istifadəçilər psixoloji vəziyyətin dəyişdiyini müşahidə ediblər.

Ksin Lyu öz qurğusunu kommersiyalaşdırmağı planlaşdırmır. Lakin onun sözlərinə görə, “Masque” artıq bir çox sahələrdə tətbiq edilmək üçün hazırdır.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023