AMEA Fizika İnstitutunun fiber-optik kabellərində yaranmış nasazlıqlar aradan qaldırılıb 2018-07-30 16:05:00 / MÜHÜM HADİSƏLƏR

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin mütəxəssisləri tərəfindən Akademiyanın institut və təşkilatlarında İnternet xidmətləri və şəbəkə avadanlıqlarında yaranmış problemlər ilə bağlı daimi texniki dəstək göstərilir və rast gəlinən problemlər tez bir zamanda həll edilir.

6 iyul 2018-ci il tarixdə AMEA Fizika İnstitutundan İnternet və şəbəkə xidmətlərindən istifadə ilə bağlı yaranmış nasazlıqlarla əlaqədar müraciət daxil olmuşdur.

İnternet xidmətinin verilməsi üçün istifadə olunan şəbəkə avadanlıqları və fiber-optik xəttlərdə baş verən nasazlıq İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən operativ şəkildə müəyyənləşdirilərək aradan qaldırılmışdır.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024