Sərnişin multikopteri nümayiş olunub 2018-07-18 17:09:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ-ın “Opener” şirkəti vertikal şəkildə havaya qalxan və enən “BlackFly” fərdi uçuş aparatını nümayiş etdirib. Hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir.

İstehsalçıların sözlərinə görə, multikopteri hər kəs idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. Artıq ABŞ və Kanadada “BlackFly” üçün bütün lazımi sertifikatlar verilib.

news.rambler.ru saytının məlumatında bildirilir ki, aparat ön və arxa qanadlı multikopter şəklindədir. Qanadların hər birində hava vintli 4 elektromühərrik quraşdırılıb. “BlackFly” fərdi uçuş aparatının uzunluğu 4 metr, hündürlüyü 1,5 metr, qanadlarının uzunluğu 4,2 metr təşkil edir. Aparat boyu 2 metrədək və çəkisi 113 kiloqramadək olan şəxs üçün nəzərdə tutulub.

Bildirilir ki, “BlackFly” həm qurudan, həm də su səthindən havaya qalxır və onların üzərinə enir.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017