Unikal diaqnostik sensor təqdim edilib 2018-06-27 15:23:00 / TEXNOLOJİ YENİLİKLƏR

Almaniyanın Münhen Texniki Universitetinin mütəxəssisləri müxtəlif xəstəliklərin qeyri-invaziv diaqnostikasının yeni metodunu təqdim ediblər. Jelatinli konfetlər şəklində hazırlanmış sensorlar beyin və ürəyin fəaliyyətinin əhəmiyyətli göstəricilərini izləyə bilir.

meddaily.ru saytının məlumatına əsasən, mikroskopik sensorlar prinsip etibarilə, inqilabi yenilik hesab edilmir. Lakin standart sərt sensorlar bədən toxumalarına zərər verə və ya iltihabi proseslərə səbəb ola bilər. Buna görə də alimlər jelatindən istifadə edərək yumşaq örtük yaradıblar.

Üçölçülü printerdə yaradılmış diaqnostik sensor ürək döyüntüsünün ritmini, beyin siqnallarını və əzələ hüceyrələrinin fəallığını qeydə ala bilir. Ekspertlərin sözlərinə görə, gələcəkdə konfet-sensorları kardiostimulyatorlara çevirmək mümkün olacaq.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024