Robot xəzinə aşkarlayıb 2018-05-30 10:38:00 / MARAQLI MƏLUMATLAR

“Remus 6000” sualtı robotu 310 il əvvəl Karib dənizində batmış “San-Xose” ispan qaleonunun yerində xəzinə aşkar edib.

robo-hunter.com saytının məlumatına görə, “Remus 6000” ABŞ-ın Massaçusets ştatında yerləşən Vuds-Hol Okeanoqrafiya İnstitutu tərəfindən istifadə olunur. Kamera və sensorlarla təchiz edilmiş robot 6,44 kilometrədək dərinliyə enə bilir. O, batmış gəmini 609 m dərinlikdə aşkar edib. Sualtı robot dəniz dibini sonarın köməyilə skan edib və bütün qeyri-adi predmetlərin şəklini çəkib.

Gəminin topları üzərində delfin naxışları oyulub ki, bu da “San-Xose” ispan qaleonunun fərqləndirici nişanıdır. Məhz bu naxışlar sayəsində dənizin dibində “gizlənmiş” sərvətin sahibi müəyyən edilib. Qızıl, gümüş və zümrüdlərdən ibarət olan xəzinənin dəyəri 17 milyard dollar təşkil edir.

Gəmi və onun 600 nəfərdən ibarət ekipajı 1701-ci ildə Britaniya hərbi dəniz qüvvələri tərəfindən vurulub. Qəzanın dəqiq yeri Kolumbiya və İspaniya arasında xəzinə mülkiyyətinə dair mübahisələrə görə gizli saxlanılır. Qaleon 2011-ci ildə Kolumbiya dövlətinin mülkiyyəti elan olunub.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017