1 Tb daxili yaddaşa malik ilk smartfon nümayiş olunub 2018-05-22 10:43:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çinin “Smartisan” şirkəti 1 Tb daxili yaddaşla təchiz edilmiş “Smartisan R1” smartfon modelini təqdim edib. Smartfonun korpusu şüşə panellərdən və alümin çərçivədən ibarətdir. Qurğu Full HD+ (2240 x 1080 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18,7:9 təşkil edən 6,17 düym diaqonallı ekran, barmaq izi skaneri, 12+20 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.

ferra.ru saytının məlumatına görə, yeni modelin aparat əsasını qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru təşkil edir. Yaddaş tutumuna 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq daxili yaddaş yığıcısı, eləcə də 128 giqabayta malik 8 giqabaytlıq operativ və ya UFS 2.1 yaddaş toplayıcısına malik 1 terabaytlıq versiyalar daxildir. 3600 milliamper/saat tutumlu akkumulyator sürətli “Qualcomm QuickCharge 4+” enerjidoldurma və “Qi” standartlı simsiz enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, iki SİM kartdan istifadə, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5 LE”, “GPS”, “NFC” modulları dəstəklənir, eləcə də “USB Type-C” portu və stereodinamiklər quraşdırılıb.

Ağ və qara rənglərdə təklif olunan “Smartisan R1” smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir: 6 + 64 giqabayt – 549 dollar, 6 + 128 giqabayt – 627 dollar, 8 + 128 giqabayt – 705 dollar, 8 giqabayt + 1 terabayt – 1388 dollar.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017