İntellektual bulud xidməti qəzaların qarşısını almağa kömək edəcək 2018-05-15 14:25:00 / TEXNOLOJİ YENİLİKLƏR

İsveçin iri avtomobil istehsalçısı olan “Volvo” şirkəti sürücülər üçün faydalı “Connected Safety” intellektual bulud xidmətini təqdim edib. Sistemin minik avtomobilləri üçün hazırlanmış versiyası 2016-cı ildən istifadəyə verilib. Hazırda şəbəkənin imkanları daha da genişləndirilir: artıq şirkətin sərnişin və yük maşınları bir-biri ilə real vaxt rejimində yolda yaranmış təhlükəli vəziyyətlər barədə məlumatları bölüşəcəklər.

robo-hunter.com saytının məlumatına görə, sistemin iş prinsipi olduqca sadədir: qəza işıqları yandıqda məlumatlar avtomobilin sahibinin smartfonu vasitəsilə bulud xidmətinə yüklənir, sonra “Connected Safety” sisteminə qoşulmuş və yaxınlıqda olan bütün avtomobillərə ötürülür. Bu, sürücülərə sükan arxasında hazır olmağa və təhlükəli vəziyyətlərdən uzaqlaşmağa imkan verəcək.

İstehsalçılar gələcəkdə sistemə daha çox avtomobilin qoşulacağına ümid edirlər. Bununla da, yolların təhlükəsizliyi tam təmin olunacaq.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017