“Printer-aşbaz” 2018-05-11 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Cənubi Koreyalı alimlər “Experimental Biology 2018” konfransı çərçivəsində evdə yemək çap etmək üçün 3D-printer təqdim ediblər.

hi-news.ru saytının məlumatına görə, tədqiqatçıların hazırladıqları cihaz qida maddələrindən istifadə edərək, qida məhsullarının fiziki xüsusiyyətləri və nanoölçülü teksturunu təqlid edə bilir. Qida maddələri (əsasən, zülallar və karbohidratlar) xammalın kriogen üyüdülməsinin köməyilə mənfi 100 dərəcə Selsi temperaturda parçalanır. Bundan sonra su, təzyiq və yüksək temperaturun təsiri ilə tərkib məsaməli nazik pərdəyə çevrilir. “Printer-aşbaz” qida maddələrini qat-qat düzür, sonra üst hissədən məhsulun teksturu “çap edilir”.

Alimlər ixtira etdikləri qurğuya böyük tələbat olacağına ümid edirlər. Belə ki, mütəxəssislərin proqnozlarına əsasən, 2050-ci ildə Yer kürəsinin əhalisi 10 milyarda çatacaq. Yeməyin çap edilməsi üsulu isə bir çox insanı aclıqdan xilas edə, saxlanma və çatdırılma xərclərini azalda bilər. Həmçinin, 3D-çapın köməyilə istifadəçinin istəyinə uyğun hazırlanmış yemək onun sağlamlığı üçün maksimum faydalı ola bilər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024