Ən güclü texniki xüsusiyyətlərə malik cib kompüteri təqdim edilib 2018-05-04 09:56:00 / MARAQLI MƏLUMATLAR

Çində “Windows 10” sistemi ilə işləyən “Mini PC” adlı yığcam kompüter hazırlanıb. Qurğunu istənilən çantaya, hətta cins şalvarın cibinə yerləşdirmək olar. Çox sayda konnektorların istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir.

hitech.mail.ru saytının məlumatına əsasən, “Mini PC” qurğusunun korpusunda 4 ədəd “USB”, 1 ədəd “USB Type-C”, “HDMI”, “LAN”, qulaqlıqlar üçün 3.5 mm-lik konnektor və kartrider yerləşdirilib. Qurğuya daxili 5 düymlük sensor ekrandan əlavə, istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter “Intel Atom x7-Z8750” prosessoru, 8 Gb əməli yaddaş və 128/256/512 GB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Bu xüsusiyyətlərinə görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.

Kompüter “Windows 10” sistemi ilə işləyir, lakin istəkdən asılı olaraq “Android” sistemini aktivləşdirmək mümkündür. Dəstə qatlanan “Bluetooth” klaviatura daxildir.

“Mini PC” kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024