Rəqəmsal yazı üçün sensor kağız hazırlanıb 2018-05-02 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Karneqi Mellon Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış, toxunuşlara qarşı həssas kağızdan sənədlərin ucuz rəqəmsallaşdırılması üçün istifadə ediləcək.

robo-hunter.com saytının məlumatına görə, ilk baxışda tamamilə adi görünən kağızın əks tərəfinə xüsusi material bərkidilib. Tədqiqatçılar mümkün qədər ucuz material seçməyə çalışıblar ki, ondan kütləvi istehsalda istifadə etmək asan olsun. Onlar iki uyğun variant tapa biliblər: kağıza birləşdirilmiş nazik örtük və xüsusi mürəkkəb.

Sensor elektrik keçiriciliyinə malik kağıza bərkidilən kimi, barmaq, qələm və ya stilusun istənilən toxunuşu rəqəmsal formaya daşınır. Sensor kağızın qiyməti 0,30 dollar təşkil edir. Lakin tədqiqatçılar kütləvi istehsal başladıqda qiymətin endiriləcəyini bildiriblər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023