Üzən avtomobil təqdim olunub 2018-04-30 10:53:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Toyota” şirkətinin əməkdaşı olmuş yapon ixtiraçısı Hideo Surumaki təbii fəlakətlər zamanı sahibinin xilas olmasına kömək edən, üzən avtomobil hazırlayıb.

Surumaki “Toyota” şirkətindən çıxdıqdan sonra iki il ərzində üzə bilən, kiçik “Fomm” elektrik avtomobilinin prototipini yaradıb. Avtomobilin nümunəsi investorları cəlb etməyə imkan verib. Hazırda o, bir dəfə enerji doldurmaqla saatda 80 kilometr sürətlə 160 kilometrə qədər məsafə qət etmək imkanına malik elektrik avtomobilinin dördüncü prototipi üzərində işləyir. Avtomobilin daha bir xüsusiyyəti – dörd oturacağın hər birinin altında yerləşdirilmiş növbəli batareyalardır. Mühəndislər bu üsulla suda tarazlıq problemini həll ediblər. Maşın su jeti mühərrikinin köməyi ilə üzür, xüsusi konstruksiyalı təkərlər sayəsində isə çevrilir.

hi-news.ru saytının məlumatına görə, indi istehsalçılar avtomobilin dəyərini mümkün qədər aşağı salmağa çalışırlar ki, onun qiyməti nəticədə adi maşının dəyərindən fərqlənməsin. Lakin avtomobillərin ilk buraxılışının dəyəri kifayət qədər baha olacaq və qiymət cədvəli 18 min dollardan başlayacaq.

Qeyd edək ki, Surumakibirilə onmin“avtomobil-amfibiya”istehsaletməyə hazırlaşır. Bu məqsədlə gələcək seriya buraxılışı üçün Taylandda bir zavodla razılaşıb.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024