Robotlar əridilmiş metaldan körpü “çap ediblər” 2018-04-10 10:00:00 / MARAQLI MƏLUMATLAR

MX3D-Metal robotları yarım il ərzində metal körpü inşa ediblər. Məmulat möhkəmlik sınaqlarından keçərsə, körpü Niderland krallığının paytaxtı Amsterdamda quraşdırılacaq.

hi-tech.mail.ru saytının məlumatına görə, robotlar qızdırılmış metal damcılarını artıq soyumuş konstruksiyaya töküblər. Onlar avadanlığın dəqiqliyi sayəsində hər kəsi öz gözəlliyi ilə ovsunlayan konstruksiyanı yaratmağa nail olublar.

Körpünün uzunluğu 12,5 m, eni 6,3 m, bütün bəzəkli detalların ümumi uzunluğu isə 1000 km təşkil edir. O, taxta və əlavə mexanizmlərdən istifadə edilmədən hazırlanıb. Unikal texnologiyanın müəllifləri yeni körpünün 2019-cu ildə bütün texniki sınaqlardan sonra Amsterdamın məşhur Qırmızı Fənərlər Kvartalında yerləşən kanallardan biri üzərində quraşdırılmasını planlaşdırırlar.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017