Robot-rəssam təqdim olunub 2018-04-09 16:46:00 / TEXNOLOJİ YENİLİKLƏR

İtaliyanın “Carlo Ratti Associati” şirkəti avtonom rejimdə şaquli divarlara şəkil çəkən robot-rəssamı təqdim edib. O, alıcıları cəlb edə bilməyən uçan dron-rəssamı əvəz etmək üçün hazırlanıb.

techcult.ru saytının məlumatına görə, “Scribit” adlı yeni robot son dərəcə sadə və təhlükəsizdir. Bu, iki kabel vasitəsilə adi çərçivəyə və ya birbaşa divara asılan kiçik alüminium platformasıdır. Robot divarın səthində koordinatlar üzrə hərəkət edərək müxtəlif şəkillər çəkir.

Robotun daxilində müxtəlif rəngli 4 marker və səhvlərin silinməsi üçün rezin yerləşdirilib. “Scribit” smartfona yüklənmiş xüsusi proqram vasitəsilə idarə olunur. İstifadəçi sadəcə robotun nəyi çəkməli olduğunu və onun təsvirin hüdudlarından kənara çıxmaması üçün şəkilin parametrlərini təyin etməlidir.

Aprelin 16-da Milanda keçiriləcək “Salone del Mobile” sərgisində təqdim ediləcək qurğunun dəqiqliyi və şəkillərin keyfiyyəti haqqında məlumat verilmir.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017