Bir dəqiqə ərzində yaraları sağaldan elastik yapışqan ixtira edilib 2018-04-05 14:59:00 / TEXNOLOJİ YENİLİKLƏR

Tikişlərə ehtiyac olmadan yaraları sağaldan, yüksək elastikliyə malik “MeTro” cərrahi yapışqanı ixtira edilib. Onun tərkibindəki zülallar ultrabənövşəyi işıqla qarşılıqlı təsir zamanı elastik və möhkəm materiala çevrilirlər. Yapışqanı yaraya vurduqdan sonra “MeTro” onu bir dəqiqə ərzində tamamilə bağlayır. Bundan sonra maddə tədricən həll olur və parçalanmış toxumaları bərpa edir.

Alimlər qeyd edirlər ki, yapışqan gələcəkdə tikişlərdən və ya uzun müddət cərrahi əməliyyatlarda istifadə edilən metal stentlərdən qurtulmağa kömək edəcək. Bundan başqa, o, fövqəladə hallarda (məsələn, avtomobil qəzaları zamanı) zəruri ola bilər.

hightech.fm saytının məlumatına görə, “MeTro”nun yüksək elastikliyi onu daim genişlənən və zəifləyən bədən toxumalarındakı yaraların bağlanması üçün ideal edir. Yapışqanı yarada həll olması üçün müəyyən müddətə proqramlaşdırmaq mümkündür ki, bu da orqanizmə yaranı sağaltmaq üçün vaxt verir. “MeTro” bir neçə saat və ya ay ərzində həll ola bilər. Yapışqan laboratoriya donuzlarının yaralı ağciyəri və digər daxili orqanlarında uğurla sınaqdan keçirilib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024