Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edilib 2018-04-04 17:13:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir.

belta.by saytının məlumatına görə, alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman gel buna uyğun olaraq öz rəngini dəyişir. Dərmanların tətbiqindən sonra tədqiqatçılar çipin rənginə nəzər salmaqla, nəbzin dəyişməsi və preparatın effektivliyi barədə fikir yürüdə bilərlər.

Gələcəkdə texnologiya bu və ya digər dərmanların müalicəvi təsirinin tədqiqi zamanı canlı orqanizmlər üzərində təcrübələrin aparılmasını əvəz edə bilər.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017