Süni intellekt diqqəti yayınan sürücüləri izləyəcək 2018-03-27 14:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Amerikanın “Affectiva” şirkəti diqqətsiz sürücülərin avtomatik təyin edilməsi sistemini – “Automative AI” adlı yeni layihəsini təqdim edib.

vladtime.ru saytının məlumatına görə, şirkət sürücülərin diqqətsizliyi və yorğunluğuna görə baş verən qəzaların qarşısının alınması üçün “Automative AI” platformasını hazırlayıb. O, insanın emosiyalarını ayırd edə bilən süni intellektə əsaslanır. Alqoritmlər 6 milyondan çox insanın sifətinin şəklinin köməyilə hazırlanıb.

Sürücünün diqqətsizliyi başın əyilməsi, göz qırpmalarının tezliyi, göz və ağızın açılması və ya bağlanması üzrə təyin edilir. Bununla da “Automative AI” insanın nə zaman yorulduğunu və ya yola baxmadığını müəyyən edə bilir. Platforma məlumatlar əsasında sürücüyə diqqətinə görə bal verir. Onun diqqəti yayındıqda sistem xüsusi siqnal verir. İstehsalçılar sistemin nəqliyyat vasitələrinə tətbiq edilməsi ilə bağlı planları haqqında hələ ki, məlumat vermirlər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024